AZ

Səfirliklər "GONGO" təşkilatlarla əməkdaşlıq etməməlidirlər

""GONGO" QHT-ləri vətəndaş cəmiyyəti institutu adı altında cəmiyyətə sırımaq olmaz və bu prosesdə beynəlxalq təşkilatlar, ölkədə fəaliyyət göstərən səfirliklər rol almamalıdır".

Bunu "İşgəncələr əleyhinə Araşdırmalar Mərkəzi"nin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli deyib. 

Hökumətin vətəndaş cəmiyyətinə münasibətini tənqid edən Cəfərli bildirib ki, beynəlxalq təşkilatlar, səfirliklər "GONGO" QHT-lərə donorluq etməməli, onları beynəlxalq tədbirlərə, forumlara dəvət etmək, onlarla görüşlər keçirmək praktikasına son qoymalıdır: 

"Belə hallar cəmiyyətdə, ictimai sektorda ruh düşkünlüyü yaradır, atmosferi pozur və müstəqil QHT-lərin sıradan çıxarılmasına xidmət edir. Heç kimə sirr deyil ki, bu gün ölkədə Vətəndaş Cəmiyyəti (QHT) institutları demək olar ki, sıradan çıxarılıb, yerdə qalan 5-10 müstəqil qeyri-hökumət təşkilatlarının da sıradan çıxarılmasında beynəlxaq təşkilatlar və bəzi səfirliklər də rol alırlar".

Cəərli qeyd edib ki, beynəlxalq donor təşkilatları və bəzi səfirliklərin GONGO QHT-ləri Vətəndaş Cəmiyyəti kimi qəbul etməsi, onlara donorluq etmələri, tərəfdaşlıq və görüşlər keçirmələri, insan hüquqları və ayrı-ayrı sahələr üzrə müzakirələr aparmaları cəmiyyətdə insan hüquqlarına, demokratiyaya inamı azaldır və insanları ictimai sektordan çəkindirir.
Seçilən
159
arqument.az

1Mənbələr