
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Sportnet.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının II mərhələsində “Kayrat” (Qazaxıstan) və “Betis” (İspaniya) arasında baş tutacaq cavab görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, noyabrın 6-da Almatı şəhərində yerləşən “Kayrat” akademiyasının stadionunda keçiriləcək matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edəcək.