AZ

Premyer Liqa: “Səbail” “Turan Tovuz”a, “Sabah” “Kəpəz”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə ikinci qarşılaşma baş tutacaq.

Günün ilk oyununda “Səbail” “Turan Tovuz”u qəbul edəcək. Son üç turda məğlubiyyətlə üzləşən, son olaraq “Kəpəz”ə uduzduğu üçün baş məşqçisi Şahin Diniyevlə yollarını ayırmaq məcburiyyətində qalmış “Səbail” uğursuz gedişata “Turan Tovuz”la oyunda son qoymağa çalışacaq. Amma Kurban Berdıyevin rəhbərliyi altında uğurlu mövsüm keçirən Tovuz klubu səfərdə növbəti qələbəsini qazanmaqla liderlər qrupundakı mövqeyini yaxşılaşdırmağı hədəfləyib.

Son turlarda qələbəyə həsrət qalmış “Sabah” isə bu dəfə autsayder “Kəpəz”i qəbul edəcək. “Bayquşlar” sonuncu yerdə gedən Gəncə təmsilçisinə də qalib gələ bilməsə, bu, baş məşqçi Krunoslav Renduliçin “kreslo”sunu laxlada bilər. 10 oyunda uduzduğu halda cəmi 2 qələbə qazanmış “Kəpəz” isə iddialı rəqibindən səfərdə ən azı 1 xal almağa çalışacaq.

Premyer Liqa
13-cü tur
8 noyabr

“Neftçi” – “Şamaxı” 2:2
Qollar: Dembo Darbo, 1. Murad Məmmədov, 4 – Brahim Konate, 29. Leroy Mikels, 43.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Nicat İsmayıllı.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Neftçi Arena”, 15:00.

9 noyabr

“Səbail” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Tural Qurbanov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 17:00.

“Sabah” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Masazır Arena”, 19:30.

10 noyabr

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Dalğa Arena”, 16:00.

“Qarabağ” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 19:00.

Seçilən
160
2
arena.az

10Mənbələr