Onlar İsrailə neft satmağı dayandırmağı tələb ediblər
Bakıda COP29 tədbiri zamanı bir qrup aktivist ”Genosidə neft verməyi dayandırın!” şüarı ilə aksiya keçirib.
Aksiya COP29-un keçirildiyi əsas məkanda baş tutub.
İştirakçılar Azərbaycanın İsrailə neft satmasına etiraz ediblər.

Foto: Fərid İsmayılov
Noyabrın 11-də Bakıda BTM-nin İqlim Konfransı başlayıb.
Tədbirin noyabrın 22-dək davam edəcəyi bildirilir.