AZ

İsrail və Livan atəşkəslə bağlı güya razılığa gəliblər...

Şərtləri oxuyandan sonra heyrətlənirsən... Sən demə, lövhədən başqa Livanın ən azı dövlət qurumları var imiş: ordusu, nəzarət strukturları, administrasiyası...

Hazırkı müharibə ilə İsrail Livanın dövlət qurumlarını formalaşdırır. İsrail məcbur edir və şərait yaradır ki, məhz onlar, bu qurumlar ölkələrinə görə məsuliyyət daşısınlar.

Razılaşma Hizbullahın geri çəkildiyini, lakin yoxa çıxmadığını açıq şəkildə göstərir.

Və bütün bunlar Trampın prezidentliyi ərəfəsində. Demokratlar açıq sualları dayanmadan bağlamağa çalışırlar. Ukrayna üçün prezident seçkilərindən əvvəl verilməyən bütün icazələr də həmçinin.

Yəni belə çıxır ki, demokratik administrasiya bütün bunları edə bilərdi, amma etmirdi... və Harris seçilsəydi, onda bu tələm-tələsik rejim də olmazdı?!

İsrail və Livan arasında barışıq kövrəkdir və əminəm ki, o, uzun sürməyəcək. Elan edilən 60 gün müddəti, məhz Trampın prezidentliyinin başlanğıcı!

Və nəhayət... ABŞ-ın rolu qeyd olunur və şərtlər arasında Fransa yoxdur!!! Paris razılaşmaların təminatçısı olmağa can atsa da, İsrail bu fürsətin reallaşmasına imkan vermədi. Makron tək Ermənistan-Azərbaycan məsələsində yox, həm də Yaxın Şərqdə spoylerdir.

Seçilən
77
anspress.com

1Mənbələr