AZ

Paşinyan: Ermənistanın KTMT-ə qayitması getdikcə mümkünsüz olur

Ermənistanın Baş naziri Nikol Paşinyanın sözlərinə görə, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtması "getdikcə daha çətin, demək olar ki, mümkünsüz olur".

"Qazaxıstanda keçirilən KTMT sammitində qəbul edilmiş sənədlərə gəldikdə isə biz bəyan etmişdik ki, KTMT-dəki fəaliyyətimizi dondururuq. Bu o deməkdir ki, nə sənədlərin hazırlanmasında, nə müzakirələrdə iştirak edirik, nə də hər hansı təkliflər irəli sürürük və sadəcə olaraq veto hüququmuzdan istifadə etmirik".

Musavat.com xəbər verir ki, bu fikri  Paşinyan Ermənistan parlamentində keçirilən "hökumət saatı" zamanı bildirib.

"Söhbət ondan gedir ki, biz artıq özümüzü KTMT-nin xaricində hesab edirik," - deyə Baş nazir əlavə edib.

Seçilən
29
18
musavat.com

10Mənbələr