1992-ci il təvəllüdlü Gülyaz Hacıyeva da keçirdiyi burun əməliyyatından sonra ölüb.
Yaxınlarının verdiyi məlumata görə, gənc qız özəl klinikaların birində 15 gün ərzində üç dəfə əməliyyat olunub. İlk əməliyyatını aprelin 3-də keçirən G.Hacıyeva burun çəpərinin əyriliyi və artıq ətdən əziyyət çəkirmiş.
“Zəfəran Hospital”da əməliyyat olunan Leyla adlı 22 yaşlı qız 2 gün sonra vəfat edib.
Modelliklə məşğul olan qız 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb.
Əməliyyatdan bir neçə gün sonra isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir. Belə ki, mərhumun böyrək çatışmazlığından öldüyü bildirilir. Ailəsi isə Leylanın vəfatında həkimin günahkar olduğunu iddia edir.
“Medera” Hospitalda “Resepşn”də işləyən Aygün plastik cərrah Günel Bayramlıya bədənşəkilləndirmə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb. Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.
Mərcan klinikasında 23 yaşlı Nərmin plastik cərrah doktor Nurlan Həsənliyə qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıbhəkimə müraciət etsədə heç bir tədbir görülməyib və dünyasını dəyişib.
Bu cür hadisələr, estetik əməliyyatların risklərini və mütəxəssis həkimlərə müraciətin vacibliyini bir daha vurğulayır. Estetik əməliyyatlara müraciət etməzdən əvvəl, mütəxəssis həkimlə məsləhətləşmək və əməliyyatın risklərini diqqətlə qiymətləndirmək önəmlidir.
Mütəxəssislər plastik əməliyyat etdirənlərin təxminən 60%-nin yeni görünüşlərindən razı olmadığını bildirirlər. Bu narazılığın səbəbləri arasında sosial mediada qeyri-real gözəllik standartlarının təbliği və şəxsi narazılıqlar yer alır.
Bundan əlavə, bəzi estetik əməliyyatlar ciddi fəsadlara yol açır.
Ümumiyyətlə, estetik əməliyyatların artması ilə bağlı narahatlıq doğuran hallar mövcuddur. Bu səbəbdən, estetik əməliyyatlara maraq göstərən şəxslərin etibarlı və təcrübəli həkimlərə müraciət etmələri, əməliyyatların risklərini və mümkün fəsadlarını diqqətlə nəzərdən keçirmələri vacibdir.Oxu.Az