AZ

Mingəçevir şəhərində “Həmrəy olaq, qanımızla yaşadaq” adlı qanvermə aksiyası təşkil olunacaq

Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi, Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin  birgə təşkilatçıliğı ilə "Həmrəy olaq, qanımızla yaşadaq” adlı  qanvermə aksiyası gerçəkləşəcək.
   Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətinin verdiyi məlumata əsasən,  bu cür xeyriyyə tədbirlərinin gələcəkdə də davamlı  olaraq keçirilməsi nəzərdə tutulur.
Qanvermə aksiyaları və təbliğat-təşviqat xarakterli tədbirlər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində həyata keçirilir.
 
 


Seçilən
30
3
7news.az

5Mənbələr