AZ

AZAL təyyarəsinə atəş açılandan sonra pilotlarımızı istiqamətləndirən dispetçer DİNDİRİLDİ - azərbaycanlı imiş: Əli İdrisovun DOSYESİ/FOTO

Azərbaycan Hava Yollarına məxsus təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçerin kimliyi məlub olub.

Bu şəxs  “Terek” (indiki “Axmat”) klubunun keçmiş futbolçusu Əli İdrisovdur. Rusiya mətbuatının yazdığına görə, Əli İdrisov artıq istintaqa cəlb olunub.

Ekologiya.az Paytaxt.org AZAL təyyarəsini Çeçenistan hava məkanında istiqamətləndirən Əli İdrisovla bağlı araşdırma aparıb.

Beləliklə, Əli İdrisov kimdir?

Milli mənsubiyyətinə görə azərbaycanlı olan Əli İdrisov 1970-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından furtbola maraq göstərən Əli idrisov müdafiəçi mövqeyində çıxış edib. O, əsasən “Terek” (indiki “Axmat”) futbol klubunun şərəfini qoruyub.

Əli İdrisov həmçinin Azərbaycanın futbol üzrə milli komandasında da da çıxış edib.

Futbolçu karyerası bitdikdən sonra Əli İdrisov, məşqçi və idarəçi kimi idman sahəsində fəaliyyətini davam etdirib. O, futbolla vidalaşdıqdan sonra Qroznı aeroportunda dispetçer kimi çalışmağa başlayıb.

Adı hazırkı FTX-nin sələfi olan təşkilatlara birbaşa aid edilən “VÇK-OQPU” (Ümumrusiya Fövqəladə Komissiyası – Birləşmiş Dövlət Siyasi İdarəsi) Teleqram kanalı AZAL-ın təyyarə qəzasının yeni təfərrüatını əldə edib.


Qeyd olunur ki, faciə zamanı təyyarəni istiqamətləndirən dispetçer “Terek” (indiki “Axmat/Əhməd”) futbol klubunun keçmiş futbolçusu Əli İdrisov olub. O, dünən axşam dindirilib.

İdrisov iddia edir ki, o, təyyarə enişi zamanı hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və “Xalça planı” barədə fövqəladə vəziyyətdən 5 dəqiqə sonra məlumat alıb. Dünən axşam saatlarında Rusiya İstintaq Komitəsinin müstəntiqləri Qroznıda Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının yerli bölməsinin əməkdaşlarını dindiriblər.

Qroznı səmasında baş vermiş hava insidentinə dair ifadəni (hələ şahid statusundadır) Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin uğursuz enişini koordinasiya edən dispetçer Əli İdrisov verib. Daha bir maraqlı fakt odur ki, Əli İdrisov dispetçer olmamışdan əvvəl peşəkar futbolçu olub və “Terek Qroznı”da (indiki “Axmat”) çıxış edib. Sonra o, idman ayaqqabısını bir kənara qoyaraq, 2016-cı ildə Regionlararası İnşaatçılar Birliyində hüquqşünas kimi işə düzəlib. Daha sonra, bir neçə il əvvəl 33 yaşlı Əli İdrisov dispetçer olub.

İddialara görə, o, son ana qədər qəzanı quş dəstəsi ilə toqquşma kimi qiymətləndirib. Əli İdrisovun sözlərinə görə, o, “Xalça planı”ndan 22-ci dəqiqədə (08:21 radələrində), yəni təyyarə ekipajının yanlış olaraq quş dəstəsi ilə toqquşduğunu zənn etməsi və bu barədə məlumat verdikdən beş dəqiqə sonra öyrənib./axaraz

Seçilən
67
17
ekologiya.az

10Mənbələr