AZ

“Nəzmiyyə Həsənin adını telefonuna “Günay 4” kimi yazıbmış"

Türkiyə Super Liqasında XVIII turun növbəti oyunları keçirilib

Ağcabədidə qardaşının arvadını qətlə yetirməkdə ittiham olunan şəxsə ağır cəza verilib. Həbs edilən şəxs əməlindən peşman olmadığını, qətli namus üstündə törətdiyini deyib.

33 yaşlı Elgiz Məhərrəmov qardaşının arvadı 32 yaşlı Nəzmiyyə Məhərrəmovanı bıçaqlayaraq qətlə yetirib. Sonra isə könüllü şəkildə polisə təslim olub.

Məhkəmədə ifadə verən E.Məhərrəmov bildirib ki, özünü təqsirli bilir. Bakıda yaşayan Məhərrəmov qardaşının arvadını qətlə yetirmək üçün Ağcabədiyə gedib.

Bir uşaq atası olan Məhərrəmov hadisənin baş vermə səbəbi haqda bunları deyib: "Qardaşım uşaqları ilə Ağdam rayonu Əhmədağalı kəndində yaşayırlar. Mən də ailəm və anamla Bakıda yaşayırdıq. Bir gün anamın telefonuna baxanda qardaşım Çingizdən anama "Whatsapp"dan gələn bir səs yazısına qulaq asdım. Həmin mesajlar bir qadın tərəfindən göndərilmişdi. Çingiz də həmin səsli mesajları anama yönəltmişdi. Həmin qadın qardaşıma arvadına sahib çıxmasını, başqa kişilərlə münasibətinin olduğunu deyirdi.

Qardaşıma zəng edib məsələnin nə olduğunu soruşdum. Dedi ki, səsi göndərən qadın qonşuluqda yaşayan Həsənin baldızıdır. Qadın deyirdi ki, Çingizin arvadı bacısının əri ilə münasibəti var və buna görə də bacısının ailəsi dağılacaq.

Çingizin bundan sonra Nəzmiyyə ilə arasında mübahisə yaranmışdı. Nəzmiyyə Həsənin arvadının da, baldızının da yalan danışdığını demişdi. Ona böhtan atıldıını söyləyirdi.

Bu söhbətdən sonra Çingiz Nəzmiyyəni atasının Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən evinə apardı. Qardaşım boşanacaqlarını dedi. Nəzmiyyə bir neçə gün atasının evində qaldı. Bir müddət sonra Çingiz bacanağının məsləhəti ilə Nəzmiyyə ilə barışdı və Nəzmiyyə öz evinə qayıtdı".

Ər-arvad barışsa da Elgiz Nəzmiyyəyə güvənməyib və bu məsələni araşdıracağını deyib: "Nəzmiyyə ilə telefonla danışdım. Məsələni araşdıracağımı, əgər deyilənlər doğru olarsa, onun başını kəsəcəyimi dedim. Nəzmiyyə yenə də Həsənlə heç bir münasibətinin olmadığını bildirdi".

Seçilən
64
7
publika.az

8Mənbələr