Aktyor Elşən Orucov mərhum həmkarı Azər Baxşəliyevin son görüntülərini yayıb.
Aktyor dostu ilə xəstəxanada olan zaman görüntülü danışdığı anları paylaşıb.
Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən A.Baxşəliyev yanvarın 1-də koma vəziyyətində xəstəxanaya daxil olub. Yanvarın 2-də ürəyi dayanıb, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilib. O, yanvarın 5-də vəfat edib.
