AZ

Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı

Dünya Bankı 2025-ci ildə Ukrayna iqtisadiyyatının böyüməsinin 2 faizə qədər azalacağını proqnozlaşdırır.

Teleqraf.com xəbər verir ki, beynəlxalq qurumun proqnozu müharibənin il boyu davam edəcəyi ehtimalına əsaslanır.

“Aktiv hərbi əməliyyatların il boyu davam edəcəyi ehtimalına əsasən, 2025-ci ildə Ukraynada artımın 2 faizə qədər yavaşlaması proqnozlaşdırılır. 2026-cı ildə aktiv hərbi əməliyyatların dayandırılması, istehlak və yenidənqurmaya sərmayə qoyuluşunu nəzərdə aldıqda, 7 faizlik davamlı artım gözlənilir”, - hesabatda deyilir.

Qeyd olunur ki, son bir ildə müharibə Ukrayna əhalisinin 41 faizinə birbaşa təsir edib, bu da ciddi insan və iqtisadi itkiləri göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
30
teleqraf.com

1Mənbələr