AZ

Andreas Skov Olsen 14 milyon avroya “Volfsburq”da

Belçikanın “Brügge” klubunun sağ vingeri Andreas Skov Olsen bundan sonra “Volfsburq”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bundesliqa təmsilçisi bu transferi 14 milyona rəsmiləşdirib. 25 yaşlı danimarkalı futbolçu ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Andreas Skov Olsen Danimarkanın “Nordsyelland” klubunun yetirməsidir. Danimarkalı futbolçu 2019-cu ilin iyulunda 6 milyon avro müqabilində İtaliyanın “Bolonya” klubuna keçib. 2022-ci ilin yanvarında isə onu “Klub Brügge” 6,4 milyon avro müqabilində heyətinə qatıb.

Yarımmüdafiəçi cari mövsümdə 27 oyuna çıxıb, 8 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Onun “Klub Brügge” karyerası bütövlükdə 124 oyun, 49 qol və 30 məhsuldar ötürmədən ibarətdir.

Danimarkanın U-18, U-19 və U-21 yığmalarında da oynamış Olsen 2020-ci ilin oktyabr ayında əsas millidə debüt edib. O, Danimarka yığmasında 37 oyun keçirib, 8 qol vurub, 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
58
17
arena.az

10Mənbələr