AZ

İmişlidə ölümlə nəticələnən yol qəzasında yaralananların vəziyyəti açıqlanıb

Yazını böyüt
Yazını kiçilt

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 yanvar saat 12:50 radələrində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib ki, çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.

"Xəsarət alan 3 uşaq 1-i kritik ağır olmaqla, müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

1992-ci il təvəllüdlü və 2015-ci il təvəllüdlü şəxslərə ilkin olaraq, qapalı kəllə-beyin travması diaqnozu təyin olunub və ilkin zəruri tibbi xidmətlər göstərilib. Hazırda Reanimasiya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.

Təxliyə olunan şəxslərdən 1 nəfərin xəstəxanada həkimə qədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, 1 uşağın isə hadisə yerində həkiməqədər ölümü baş verib",- deyə qurumdan qeyd edilib.

Seçilən
43
10
hafta.az

7Mənbələr