AZ

İmişlidə iki məktəblinin öldüyü qəzanın GÖRÜNTÜLƏRİ

Daxili İşlər Nazirliyi İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, görüntüdə hərəkətdə olan xidməti avtomobilin qarşısına “Mersedes” markalı avtomobil çıxaraq qəza şəraiti yaradır.
Qeyd edək ki, bu gün xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.

Seçilən
15
18
yenilik.az

10Mənbələr