"Xaricdə təhsil alan tələbələrin diplomlarının tanınmaması bir neçə faktordan asılıdır. Ən əsas səbəb təhsil aldıqları universitetlərin və ya proqramların ölkənin təhsil sistemi ilə uyğun olmamasıdır".TehsilForumu.Az xəbər verir ki, bu barədə təhsil eksperti Əmrah Həsənli açıqlama verib. Ə.Həsənli bildirib ki, bəzi hallarda, universitetlər və ixtisaslar yerli təhsil standartlarına uyğun gəlməyərək tanınmır:"Digər bir səbəb isə təhsilin keyfiyyətinin və akkreditasiya statusunun düzgün qiymətləndirilməməsidir. Məsələn, bəzi xarici universitetlər yerli akkreditasiya orqanları tərəfindən tanınmaya bilər, bu da həmin diplomun qəbul edilməməsinə səbəb olur”.Təhsil eksperti həmçinin qeyd edir ki, tələbələr mütləq şəkildə təhsil alacaqları universitetin və proqramın akkreditasiyası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əlaqə saxlamalıdırlar: “Agentlik tərəfindən həmçinin rəsmi saytda da bununla bağlı universitet siyahıları dərc edilib. Diplomun tanınması üçün növbəti mərhələdə isə tələbə təhsil aldığı dönəmdə həmin ölkədə mütləq şəkildə olmalıdır. Həmin ölkənin dilini normal səviyyədə bilməlidir. Bəzi xaricdə təhsil şirkətləri tək attestatla distant oxumağı tələbələrə məsləhət görürlər. Bunu qeyd etmək lazımdır ki, ölkəmizdə distant təhsil haqqında qanun qəbul edilmədiyi üçün həmin diplomlar tanınmır. Abituriyentlərə və onların valideynlərinə məsləhət görürəm ki, əvvəlcədən mütləq şəkildə araşdırma etsinlər ki bu cür problemlərlə gələcəkdə üzləşməsinlər”.TehsilForumu.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta