AZ

Müğənni sevgilisinin kəsilmiş başı ilə küçədə yaxalandı - FOTO

Nigeriyada sevgilisinin kəsilmiş başını çantasında daşıyan musiqiçi həbs edilib.   Manset.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "BBC News" məlumat yayıb. Bildirilib ki, hadisə Nasarava ştatında baş verib. Yerli sakinlər çanta daşıyan şübhəli şəxsi görüb və ona yaxınlaşmağa başlayıblar. Daha sonra hadisə yerinə polis gəlib. Şübhəlinin müğənni Timilein Ajayi olduğu müəyyən edilib. Kişinin daşıdığı çantada sevgilisinin başı var imiş. Qalan orqanlar isə musiqiçinin evində tapılıb. Ajayi həbs edilib və ittihamlarla bağlı açıqlama verməyib. Qurbanın ailəsi hökuməti hərtərəfli araşdırma aparmağa çağırıb. Dostunun sözlərinə görə, qızın anası hadisədən sonra şokdan huşunu itirib.

Nigeriyalı

Seçilən
27
manset.az

1Mənbələr