AZ

Gürcüstandan avtomobil gətirilməsi 43 faiz azalıb

Ötən il Azərbaycan Gürcüstandan 290,1 milyon ABŞ dolları dəyərində 12 849 ədəd minik avtomobili idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

İllik müqayisədə avtomobillərin sayında 9 544 ədəd və yaxud 43% azalma olub.

Qeyd edək ki, 2024-cü ildə Gürcüstandan təkrar ixraca ümumi dəyəri 2 mlrd. 426,7 milyon ABŞ dolları olan avtomobillər yönəldilib.

Teleqraf.com

Seçilən
36
50
valyuta.az

10Mənbələr