AZ

Bakıda dəhşətli hadisə: xeyli yaralı var - Şahidlər danışdı - VİDEO

Bakıda dəhşətli hadisə: xeyli yaralı var - Şahidlər danışdı - VİDEO

Xezerxeber.az xəbər verir ki, Bakıda sürətlə gələn avtomobili əvvəlcə taksiyə, daha sonra mağazaya çırpılıb.

Həmin vaxt avtobus gözləyən bir sərnişin isə qəzadan son anda qaçaraq xilas olub.

4 nəfərin ağır xəsarət aldığı hadisə Səbail rayonunda baş verib.Təhlükəsizlik kameralarına düşən kadrlardan aydın olur ki, Lətif Hüseynova məxsus avtomobil Əziz Nəzərov küçəsi ilə hərəkətdə olarkən yol kəsişməsində olan taksiyə çırpılır.

Nəqliyyat vasitəsi telefon mağazına çırpılıb. Mağazada olan iki satıcı sınıq xəsarətləri alıb. Avtomobildə olan sürücü və sərnişin də ağır xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Şahidlər deyirlər ki, ərazi eyni zamanda dayanacaq kimi istifadə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
23750
50
xezerxeber.az

10Mənbələr