AZ

Fransız dilinin mövqeyi zəifləyir - BU ÖLKƏDƏ

Yaxın Şərqdə fransız dilinin ən geniş istifadə edildiyi Livanda linqvistik vəziyyət dəyişir.TehsilForumu.Az xəbər verir ki, fakt Beynəlxalq Frankofoniya Təşkilatının hesabatında qeyd olunur.Hesabatda bildirilir ki, Livan əhalisinin cəmi 38 faizi Molyerin dilində danışa bilir. Halbuki, 20 il əvvəl bu göstərici 45 faiz idi.Geriləmə xarici dil tədrisində özünü daha aydın göstərir. Əgər 1996-1997-ci tədris ilində şagirdlərin təxminən 70 faizi birinci xarici dil olaraq fransız dilini seçirdisə, indi bu göstərici 20 faiz geriləyib.Son 5 ildə isə ingilis dili məktəblərdə fransız dilini üstələyib. Tədris ingilis dilində olan məktəblərə maraq ilbəil artır.

Seçilən
33
3
tehsilforumu.az

4Mənbələr