AZ

Həssas uşaqların təhsilə cəlb edilməsi üçün həyata keçirilən proqramlar... Nazirlikdən açıqlama

Azərbaycanda ümumi təhsil müəssisələrində uşaqların hüquqlarının və rifahının səmərəli müdafiəsinə nail olmaq məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tərəfindən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə həyata keçirilir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində pilot məktəblərdə Uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi yaradılmışdır. Bu məqsədlə ilkin mərhələdə UNICEF-in Azərbaycan Nümayəndəliyi ilə beynəlxalq məsləhətçi qrupu (CORAM) tərəfindən uşaq təhlükəsizliyi və uşaqların qorunması ilə bağlı məsələləri əhatə edən 4 moduldan ibarət “Azərbaycanın təhsil sistemi üçün uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi” adlı təlim proqramı hazırlanıb. 2024-2025-ci tədris ili üzrə layihəyə Bakı, Lənkəran, Gəncə, Naxçıvan, Agcabədi və Zəngilan (Ağalı kənd məktəbi) ərazilərində fəaliyyət göstərən 101 məktəb və 109 000 şagird cəlb olunmuşdur. Uşaq müdafiəsi və Təhlükəsizliyi (UMT) komandası məktəb rəhbərliyi, müəllim, məktəb psixoloqu və valideyndən ibarət tərkibdə təşkil edilib. UMT komandaları məktəblərdə yaradılan mexanizmdən səmərəli istifadəni təmin etmək məqsədilə adıçəkilən təlim proqramı əsasında təlimdən keçirilib.

Ümumi təhsil müəssisələrində sosial - pedaqoji işin təşkili

Ümumi təhsil müəssisələrində sosial - pedaqoji iş məktəblərə təhkim olunmuş  sosial pedaqoqlar vasitəsilə həyata keçirilir. Sosial pedaqoqların əsas vəzifəsi şagirdin təhsildə müvəffəqiyyət qazanmasına maneçilik törədən faktorların (valideynlərinin şagirdi məktəbə getməsinə maneçilik törətməsi və ya uşağın təhsilinə laqeyd yanaşması, ailənin çətin həyat şəraitində olması səbəbindən təhsildən yayınması və ya davamiyyətinin qənaətbəxş olmaması, sinif yoldaşlarının ona qarşı neqativ münasibətindən şagirdin özünə qapanması, səhhətində yaranmış problemləri və s.) müəyyənləşdirilməsi və onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün əlaqədar qurumlarla işin təşkil edilməsidir.

Yeni işə qəbul edilən sosial pedaqoqlar üçün "Ümumtəhsil müəssisələrində psixo-sosial pedaqoji işin təşkili" mövzusunda təlimlər keçirilmiş və bu iş davam etdirilir.

 

Pərvanə Fərhadqızı

Seçilən
32
50
qht.az

10Mənbələr