“Neftçi” klubunun 17 yaşadək oğlanlardan ibarət U-17 komandası Türkiyədə beynəlxalq yoxlama oyunları keçirəcək.
Arena.az bu barədə Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, “ağ-qaralar”ın U-17 komandası fevralın 8-də qardaş ölkəyə yollanacaq.
Ötən mövsüm U-16 liqasının qalibi olmuş Asif Ramazanovun yetirmələri Türkiyə nəhəngləri – “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça” klublarının müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaqlar.
Oyunlar meydan sahiblərinə məxsus “Beşiktaş Ümraniyə”, “Florya Mətin Oktay” və “Fənərbaxça Dərəağzı” təlim-məşq bazalarında keçiriləcək.
Qeyd edək ki, beynəlxalq yoxlama görüşləri fevralın 9 və 15-i aralığında keçiriləcək. “Neftçi” fevralın 16-da Bakıya qayıdacaq.
