AZ

Gülağa Əsədov “Səbail”i tərk etdi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Səbail”in mərkəz yarımmüdafiəçisi Gülağa Əsədov paytaxt klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Səbail” Gülağaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Gülağa Əsədov 2024-cü ilin yayında Bakı klubuna transfer olunmuşdu. O, paytaxt klubunun heyətində 11 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Gülağa daha öncə “Qəbələ” ilə yanaşı, “İmişli”nin də formasını geyinib. Gənc futbolçu vaxtilə Azərbaycanın U-19 yığmasının da uğurları üçün çalışıb.

“Səbail” Gülağa Əsədovdan öncə Vüsal Məsimovla da yollarını ayırmışdı. Paytaxt klubu gedənlərin əvəzində Marko Nikoliç (“Turan”, Qazaxıstan), Mirabdulla Abbasov və İnnosent Nşuti (“One Knoxville”, ABŞ) ilə güclənib.

Seçilən
17
45
arena.az

10Mənbələr