“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının cari tərtibatı haqda sualı cavablayaraq, bunu qəribə adlandırıb.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Mən yarış cədvəlinə o baxımdan yanaşıran ki, filan komanda ilə oynamaq bizim üçün daha asan olacaq, çünki birinciyik. Çempionlar Liqasının qəribə tərtibatına görə, bunun sizin üçün asan olacağını demək, sadəcə mümkün deyil. “Qəribə” ifadəsini işlədəndə, mən mənfi bir xüsusu nəzərdə tutmuram, amma tərtibat qəribədir! Birinci yeri tutmağımız ümumi mərhələdə ən yaxşı komanda olduğumuzu sübut etməyə bilər. 24-cü yerdə olan komanda isə gücünə görə mütləq 24-cü komanda deyil”, deyə Arne Slot fikrini əsaslandırıb.
Xatırladaq ki, Arne Slotun “Liverpul”u Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinə başçılıq edir. “Qırmızılar” 6 oyundan mütləq nəticə – 18 xalla 1-ci pillədə qərarlaşıblar.
Bu gün, yanvarın 21-də “Liverpul” Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turu çərçivəsində səfərdə “Lill”lə qarşılaşacaq.