AZ

ABŞ digər ölkələrə inkişaf yardımını dayandırır » AzadMedia.az


ABŞ prezidenti Donald Tramp digər ölkələrə inkişafa yardım proqramlarını 90 gün müddətinə dayandıran sərəncam imzalayıb.

"ABŞ-ın gələcək xarici yardımı Birləşmiş Ştatlar Prezidentinin xarici siyasət məqsədlərinə tam uyğun gəlməyən şəkildə göstərilməməlidir", - fərmanda deyilir.

Xatırladaq ki, Donald Tramp ABŞ-da TikTok-un bloklanmasını da təxirə salmışdı.

Tramp inauqurasiya nitqində immiqrasiya və iqtisadiyyatı əhatə edən “bir sıra icra sərəncamları” imzalayacağını, həmçinin “cənub sərhədində milli fövqəladə vəziyyət” elan edəcəyini söylədi.

Bundan əvvəl ABŞ-ın yeni prezidentinin and içdikdən sonra imzaladığı ilk fərmanlar barədə də məlumat verilmişdi.
Seçilən
10
50
azadmedia.az

10Mənbələr