AZ

Mehriban Əliyeva Türkiyədəki yanğınla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədəki yanğınla bağlı paylaşım edib.

APA xəbər verir ki, paylaşımda deyilir:

"Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"

Seçilən
11
34
apa.az

10Mənbələr