AZ

Türkiyədə birgünlük matəm elan edildi

Bakı. Trend:

Türkiyədə birgünlük matəm elan edilib.

Trend türki KİV-lərinəistanədn xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

O, Türkiyədə yanğın nəticəsində ölənlərin yaxınlarına başsağlığıverib.

Qeyd edək ki, baş vermiş dəhşətli yanğında ölənlərin sayı 66nəfərə çatıb, 51 nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, yanğın ötən gecə yerli vaxtla 03:30 radələrində11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbərolunub.

Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlumolmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədənbaşladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub.

Yanğınla əlaqədar istintaq başlanılıb. Hadisə ilə əlaqədarmehmanxananın sahibi də daxil olmaqla 4 nəfər saxlanılıb.

Məqalədə:
Seçilən
15
3
az.trend.az

9Mənbələr