Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu.
İsxak Hersoq ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı iqtisadi-ticari sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirildi, hökumətlərarası birgə komissiyanın işi yüksək qiymətləndirildi.