![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/1/21/1/13a04060-2319-4199-a5ff-04464345b8fd/bertran-blie.jpg)
Fransız kinorejissor, ssenarist və yazıçı Bertran Blie 85 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Blienin ailəsinin verdiyi məlumata görə, o, yanvarın 21-də Parisdəki evində həyat yoldaşı və uşaqlarının əhatəsində dünyasını dəyişib.
Bertran Blie 1970-1980-ci illərin fransız kinosunun klassiklərindən biri hesab olunur. Xüsusilə, o, “Valsinq” (1974), “Dəsmallarınızı hazırlayın” (1978), “Soyuq qəlyanaltılar” (1979), “Axşam paltarı” (1986) və “Sənin üçün çox gözəl” (1989) kimi məşhur filmlərə rəhbərlik edib.