AZ

Bu ölkədə ZƏHƏR QADAĞASI

Almaniya qarşıdan gələn zəhər qadağası səbəbindən siçovulların istilası ilə üzləşir.

Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Siçovullar indi Almaniyanın böyük şəhərlərində adi bir mənzərədir. Gəmiriciləri xüsusilə qida tullantıları cəlb edir. Yerli sakinlər siçovulların sayının yalnız artdığını iddia edirlər. Bu, gəmiricilərə qarşı kənd təsərrüfatında geniş istifadə olunan dərmanların, rodentisidlərin istifadəsini qadağan edən federal qanunun gözlənilən qəbulu fonunda baş verir.

Federal Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu siçovul zəhərini tənqid edir. İdarədən bildiriblər ki, zərərvericiləri zəhərləmək üçün istifadə olunan maddələr ev heyvanları və ətraf mühit üçün heç də az təhlükə yaratmır.

Ekspertlər hesab edirlər ki, bu qadağanedici qərar qəbul edilərsə, şəhərlərdə və bələdiyyələrdə siçovullarla bağlı vəziyyət kəskin şəkildə pisləşəcək. Onlar “siçovul taunu”nun yayılacağı barədə xəbərdarlıq edirlər.

Seçilən
28
1
publika.az

2Mənbələr