AZ

Niyə biz Tehranlı həmkarlarımızın maaşının yarısını almalıyıq?

Təbrizdəki “İran Xodro ” fabrikinin işçiləri Tehrandakı həmkarları ilə öz aralarında ciddi hüquqi ayrı-seçkiliyə etiraz olaraq tətilə çıxıblar.

“Səmənd Soren” markalı avtomobili yığan zavodun azərbaycanlı işçiləri Tehranda “İran Xodro ” şirkətinin işçilərinin aylıq əmək haqqının 25-35 milyon tümən arasında olduğu halda, təbrizli işçilərin cəmicəmi 12 milyon tümən aldığını bildiriblər.

“Oxşar iş şəraitində olan biz niyə Tehrandakı həmkarlarımızın maaşının yarısını almalıyıq? Təbrizi fəhləsinin dəyəri Tehran fəhləsindən aşağıdırmı?"- deyə işçilər etiraz ediblər.

Etirazlara cavab olaraq fabrikin baş direktoru bu vəziyyəti dəyişdirmək iqtidarında olmadığını bildirib.

“Bu əmr yuxarıdan gəlir və bizim edə biləcəyimiz bir şey yoxdur”. - deyə o bildirib.

O, işçiləri də təhdid edərək, “tətil davam edərsə, sizi işdən çıxaracaqlar və biz 12 milyonla kifayətlənəcək yeni işçilər tapacağıq” deyib.

visiontv.az



Seçilən
8
visiontv.az

1Mənbələr