AZ

Paşinyanın deputat qaynına ŞOK - malikanəsi qarət edilib

Image

Naməlum şəxslər Ermənistanın baş naziri Nikol Paşinyanın qaynı, "Mülki müqavilə" partiyasından olan deputat Qraçya Akopyanın malikanəsini qarət ediblər. Bu barədə "Hraparak" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, qarət ilin əvvəlində baş verib, lakin Akopyan bu faktı gizlətməyə çalışıb və bunu müxtəlif növ spekulyasiyalar yaratmaq istəməməsi ilə izah edib.

Buna baxmayaraq, hadisə partiya daxili dairələrdə geniş müzakirə olunur. Nəşrin iddiasına görə, bəziləri qeyd edir ki, əgər deputat səyahətlərdə itib-batmaq əvəzinə ailə məsələlərinə daha çox vaxt ayırsaydı, qarətin qarşısını almaq mümkün olardı. Ermənistan polisi yanvarın 14-də Dzoraxbyur kəndində evin qarət edilməsi barədə məlumatın daxil olduğunu və materialların İstintaq Komitəsinə göndərildiyini təsdiqləyib.

Mətləb







Seçilən
21
4
baki-xeber.com

10Mənbələr