AZ

Müəllimlər üçün güzəştli kart hazırlanır: Nələr daxildir?

“Təhsil işçiləri üçün “TəhsilPlus” kartı proqramının hazırlanmasını nəzərdə tutulur”.

Publika.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov bildirib.

O qeyd edib ki, bu proqramdan müəllimlər, idarəedici heyət, direktor və direktor müavinləri, ümumiyyətlə, təhsil sahəsində çalışan hər kəs faydalana biləcək.

Fondun sədrinin sözlərinə görə, “TələbəPlus” proqramının isə cari ildə 190 min tələbəni əhatə etməsi planlaşdırılır.

"Növbəti illərdə bu sayın 250 minə çatdırılması nəzərdə tutulur. Bu layihə tələbələrin sosial, maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün mühüm addımdır. Burada bu günə qədər 300-dən çox şirkətlə (kafe, restoran, sağlamlıq mərkəzləri, özəl xəstəxanalar, kinoteatrlar və s.) əməkdaşlıq edilir".

Elnur Nəsibov deyib ki, ümumilikdə 23 universitetlə müqavilə imzalanıb. Bu ali təhsil müəssisələri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Naxçıvan şəhərlərində yerləşir.

Qeyd edək ki, artıq bir müddətdir tələbələrə “TələbəPlus” kartları verilib. Həmin kartlarda təqdim edilən yerlər, məsələn, dükanlar, əyləncə mərkəzlərində qiymətlər o qədər yüksəkdir ki, tələbələr bu kartlardan yararlana bilmirlər.

İndi isə təhsil işçiləri üçün “TəhsilPlus” kartı nəzərdə tutulur. Daha çox müəllimlər üçün nəzərdə tutulan bu kartlar hansı sahələri əhatə etməlidir və əhəmiyyəti olacaqmı?

Seçilən
35
43
publika.az

10Mənbələr