Türkiyəli müğənni Özcan Dənizin iranlı həyat yoldaşı Samar Dadqarın paylaşımı müzakirə yaradıb.
O, paylaşdığı fotonu Özcanın 9 il əvvəl, 2016-cı ildə çəkdiyini bildirib.
"9 il əvvəl mətbəxdə yemək yeyərkən Özcanın məni çəkdiyi ilk foto" deyə, Samar yazıb.
Özcanın 2018-2019-cu illərdə Feyza Aktanla evlənib boşanması xəyanət iddialarının yaranmasına səbəb olub.
Qeyd edək ki, daha əvvəl iki dəfə ailəli olan Ö.Dəniz xanımından 24 yaş böyükdür. Cütlük 2023-cü ildə evlənib.
Özcan hazırda "Kızıl goncalar" serialında rol alır. /Axşam.az
.jpg)