AZ

Kreml: ABŞ-la bərabər şərtlərlə dialoqa hazırıq

Kreml: ABŞ-la bərabər şərtlərlə dialoqa hazırıq

Kremlin sözçüsü Dmitri Peskov,ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiya təhdidində heç bir yeni element görmədiklərini ifadə edərək, "Biz bərabər şərtlərdə və qarşılıqlı hörmətlə dialoqa hazır olmağa davam edirik" deyib.Peskov paytaxt Moskvada bəzi aktual mövzularla bağlı jurnalistlərin suallarını cavablandırıb.Trampın Rusiyaya qarşı yeni sanksiya təhdidlərini dəyərləndirən Peskov "Burada heç bir yeni ünsür görmürük. Tramp ilk prezidentlik dövründə sanksiya metodlarına ən çox müraciət edən Amerika prezidentlərindən biri idi. Bu üsulları bəyənir" deyib.ABŞ-dan gələn açıqlamaları yaxından izlədiklərini vurğulayan Peskov "Biz bərabər şərtlərdə və qarşılıqlı hörmətlə dialoqa hazır olmağa davam edirik. Rusiya prezidenti Vladimir Putinlə Tramp arasında belə bir dialoq oldu. Bu mövzuda hələ heç bir inkişaf olmasa da, siqnallar gözləyirik" qeyd edib.Peskov həmçinin bildirib ki, Qərb ölkələrinin Rusiya aktivlərinə qarşı qeyri-dost addımları cavabsız qalmayacaq.Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının mümkünlüyü barədə danışan Peskov "KTMT öz effektivliyini sübut edən müstəqil və yetkin bir təşkilatdır və fəaliyyətini davam etdirir. Ermənistan bu günə qədər təşkilatdan çıxmaq niyyətini bəyan etməyib" bildirib.

Seçilən
49
23
afn.az

10Mənbələr