AZ

Saatlıda qanvermə aksiyası keçirilib

22 yanvar 2025-ci il tarixdə Saatlı Rayon Mərkəzi Xəstəxanasında “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsi tərəfindən talassemiyalı, hemofiliyalı, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara kömək məqsədilə qanvermə aksiyası keçirilmişdir.
Aksiyada rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, rayon sakinləri aktiv iştirak etmişdir.
Qanvermə zamanı tibbi mütəxəssislər donorların sağlamlıq vəziyyətini yoxlamaqla onların təhlükəsiz şəraitdə qan vermələrini təmin etmişdir.
Aksiyada fəal iştirak edərək bu xeyirxah təşəbbüsə qoşulan və ehtiyacı olanlara dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk.
Seçilən
11
3
xalq.az

5Mənbələr