AZ

“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verildi

Azərbaycan Mərkəzi Bankı (AMB) “Turan Bank” ASC-yə sığorta agenti fəaliyyəti üçün lisenziya verib.

Valyuta.az AMB-yə istinadən xəbər verir ki, bununla da Azərbaycanda 58 hüquqi şəxs sığorta agenti lisenziyasına malikdir.

Qeyd edək ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmləri 20 fiziki və 8 hüquqi şəxsə məxsusdur.

Seçilən
43
11
valyuta.az

10Mənbələr