Bakı. Trend:
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrinqanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 38yaşlı Amid Bəşirli və əvvəllər məhkum olunmuş 44 yaşlı NurlanAbbasov saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilənməlumata görə, saxlanılan şəxslərdən tərkibi psixotrop maddələrləzənginləşdirilmiş 9 kiloqram marixuana aşkarlanıb.
Araşdırmalarla onların həmin narkotikləri şəxsiyyəti araşdırılanİran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri müəyyənolunub.
Eyni zamanda həyata keçirilən digər tədbirlərlə isənarkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha iki nəfər- əvvəllər məhkum olunmuş Camal Rzayev və Günay Cəfərova dasaxlanılıblar. Onlardan metamfetamin və marixuana aşkarlanaraqgötürülüb.
Faktlarla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxslərin hərbiri barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar aparılır.