AZ

İsrail 4 girov müqabilində 200 fələstinlini AZAD ETDİ

İsrail hakimiyyəti dörd hərbi girov müqabilində 200 fələstinli məhbusu azad edib.

Publika.az xəbər verir ki, bu barədə “Qalei Tzahal ” radiostansiyası məlumat yayıb.

“Yüz on dörd fələstinli məhbus Ramallahdakı Ofer həbsxanasından azad edildi. Daha 70 məhbus Misirə, 16 məhbus isə Qəzza zolağına deportasiya ediləcək”, - məlumatda deyilir.

Bir neçə saat əvvəl HƏMAD dörd israilli girovu Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib. Təhvil- təslim prosesi Qəzzada Fələstin meydanında baş tutub.

Yanvarın 17-də İsrailin hərbi-siyasi kabineti Qəzza zolağında atəşkəs razılaşmasını təsdiqləyib. Birinci mərhələ min fələstinli məhbusun əvəzində 33 israilli girovun azad edilməsini nəzərdə tutur. İsrail əsgərləri atəşkəs müddəti ərzində orada qalacaqları Qəzza zolağının sərhədlərinə çəkiləcək. Sektora çatdırılan humanitar yardımın həcmi də artırılacaq.

Seçilən
41
2
publika.az

10Mənbələr