AZ

Seçki olmamış bələdiyyə sədrləri bahalı hədiyyələrlə təbrik edilir: Motosiklet, dana, öküz...

Səbail və Badamdarın bələdiyyə sədrləri seçki olmamış, artıq təbrikləri qəbul etməyə başlayıb...

 29 yanvarda keçiriləcək seçkilərə sayılı günlər qalmasına rəğmən Səbail bələdiyyəsinin sədri Hacı Əliyev və Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov özlərini qalib kimi aparırlar. 

AzToday.az-a daxil olan məlumata görə, sözugedən bələdiyyə sədrləri bir-çox bahalı hədiyyələrlə təbrik edilib. Hədiyyələr arasında bahalı motosiklet diqqəti daha çox çəkib. Həmçinin, onlara yenidən sədr seçilməsi(???) münasibətilə qurban kəsib paylamaq üçün dana və öküz də verilib. Hədiyyələr arasında zinət əşyaları da çoxdur. 

Bələdiyyələrin səlahiyyətlərinin artırılması gözləntisi fonunda Hacı Əliyev və Təzəxan Məmmədovun bu dəfəki sevincləri hardasa başadüşüləndir. Çünki indiyədək məhdud səlahiyyətlərinə baxmayaraq, etdikləri qanunsuzluqlar fonunda geniş imkanlar qazanan bələdiyyə sədrləri bundan sonra merkantil maraqlarını daha çox təmin edə bilərlər...

Keçən dəfəki yazımızda Hacı Əliyev və Təzəxan Məmmədovun bələdiyyələrdə tam söz sahibi olmaq üçün qohumlarını üzv etdirmək planlarından yazmışdıq. Qeyd etmişdik ki, hər iki bələdiyyə sədri diqqətləri yayındırmaq məqsədi ilə qohumlarını və yaxın adamlarını bələdiyyə üzvü eləmək üçün inanılmaz oyun qurublar. Belə ki, Hacı Əliyev öz doğma-yaxınlarının namizədliklərini Badamar Bələdiyyəsindən, Təzəxan Məmmədov isə, Səbail Bələdiyyəsinin özündən irəli sürüblər. Belə ki, sədrin nəvəsi Nurel Badamdar, Təzəxan Məmmədovun qızı Nəzrin Vahidova isə, Səbail Bələdiyyəsindən namizəd kimi qeydə alınıblar. Onların yaxınları Vahidə Cəfərova və Hüseyn də namizəd kimi istədiklərini edirlər. Hacı Əliyevin bələdiyyə işçisi olan qardaşı oğlu Şahin, rayon vergisində rəis müavini postunu tutan bacanağı Fərhad müəllimin qızı Pərvin də seçki qalibi olacaqlarını indidən bilirlər. 

Dəhşət ondadır ki, namizədlərin heç biri Səbaildə yaşamır. Hətta burada qeydiyyatları belə yoxdur. Halbuki bu rayon Bələdiyyəsinin namizədləri burada qeydiyyatları olub, yaşayanlar ola bilərlər. Onların doğum haqqında şəhadətnamələrinin surətləri deyilənlərin təsdiqidir.

İndiyə kimi sədr olduqları yerli idarəetmə orqanında qohumbazlıq və tayfabazlığa görə, sərt tənqidlərin hədəfi olan Hacı Əliyev və Təzəxan Məmmədov bundan sonra qohumlarını yerdəyişmə etdirməklə işləyəcəkləri şübhəsizdir...

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr