AZ

Ailə həyatı qurmayan Ucar sakini 15 ildir əlilliyə görə pensiya alırdı... VİDEO

15 ildir əlilliyə görə müavinət alan şəxsin ödənişləri dayandırılıb.

Xezerxeber.az xəbər verir ki, Ucar  Rayon sakini, 41 yaşlı  Pərviz  Hüseynov  deyir ki,  epilepsiya xəstəsidir. O, son 15 ildir ki, 2-ci qrup əlil kimi müavinət ilə təmin olunsa da, hazırda müavinəti kəsilib. Bu günə kimi ailə həyatı qurmayan Pərviz Hüseynov  müavinətini bərpa elə bilmir.

Pərviz Hüseynov məsələ ilə əlaqədar müvafiq orqanlara müraciət  etsə də, hələ ki, heç bir müsbət nəticəsi olmayıb.  O, xəstə və ağır durumda olmasını nəzərə alaraq qanun çərçivəsində yenidən əlillik müavinətinin  təmin olunmasını istəyir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliliyindən vətəndaşın durumu ilə bağlı münasibət bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
47
xezerxeber.az

10Mənbələr