Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko 87,6 faiz səs toplayıb.
AzNews.az “Belta”ya istinadən xəbər verir ki , bunu exit-poll məlumatları sübut edir .
Sorğunun nəticələrinə görə, seçicilərin 1,8 faizi Oleq Qaydukeviçə, 1,6 faizi Anna Kanopatskayaya, Sergey Syrankov 2,7 faiz, Aleksandr Xijnyaka isə 1,2 faiz səs verib.
Respondentlərin qalan 5,1 faizi bütün namizədlərin əleyhinə səs verib.
Anonim çıxış sorğusu 320 seçki məntəqəsində keçirilib. Sorğu zamanı min nəfər respondentdən kimə səs verdikləri soruşulub.