AZ

Xaçmazda gənc dostu tərəfindən bıçaqlanıb

Xaçmazda bıçaqlanma hadisəsi olub. “Report”un məlumatına görə, rayonun Xaspolad-oba kəndində 2003-cü il təvəllüdlü Ramin Ədilov bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

R.Ədilov bildirib ki, ona dostu Seyidbaba adlı şəxs bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, Biləsuvarda gənc oğlan mikroavtobusda bıçaqlanıb. Hadisə rayonun Aranlı kəndində qeyə alınıb.

Çinarlı kənd sakini 24 yaşlı Orxan Abdullazadə 19 yaşlı Vadər Həmidlini bıçaqlamaqda şübhəli bilinir. Zərərçəkən Vadərin anasının iddiasına görə, hadisə qisas zəminində törədilib.

Bıçaq xəsarəti alan yaralı Biləsuvar rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Orxanla Vadər yaxın qohumdurlar. Vadər Həmidlinin atası Cavid Həmidov bir müddət öncə bacısının həyat yoldaşı Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
28
12
azpost.info

10Mənbələr