AZ

"Konstitusiya və Suverenlik ili": Maarifləndirmə və hüquqi təkliflər hansılardır? QHT sədrindən AÇIQLAMA

"Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı "Konstitusiya və Suverenlik ili"nin elan olunması ilə bağlı QHT.az-a açıqlama verib. O, bu təşəbbüsün Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Çingiz Ramazanlı qeyd edib ki, Konstitusiya, dövlətin əsas qanunu olaraq, ölkənin suverenliyinin və müstəqilliyinin qorunmasının təminatıdır. O vurğulayıb:
"Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edildikdən sonra dövlətin hüquq sistemində, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında mühüm bir sənəd olaraq qalır. Bu ilin 'Konstitusiya və Suverenlik ili' elan edilməsi, konstitusion dəyərlərin təbliği və vətəndaşların hüquqlarının qorunması baxımından böyük fürsətdir."

Sədrin fikrincə, bu təşəbbüs dövlətin müstəqilliyinin bərpasının və suverenliyinin əhəmiyyətini bir daha ön plana çəkir. O bildirib ki, Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqların qorunması cəmiyyətin hüquqi biliklərinin artırılması ilə birbaşa bağlıdır.

Çingiz Ramazanlı hüquqi maarifləndirmə istiqamətində bir neçə mühüm addımın atılmasını təklif edib:

  1. Təhsil sistemində hüquq maarifləndirməsi: Məktəblərdə və universitetlərdə Konstitusiya dərslərinin gücləndirilməsi və gənclərə hüquqi biliklərin daha dərin şəkildə öyrədilməsi.
  2. Mediada hüquqi təbliğat: Konstitusiya və hüquqi maarifləndirmə sahəsində təbliğatın gücləndirilməsi.
  3. Peşəkar hüquqşünasların hazırlanması: Hüquq təhsili və təlimlərin genişləndirilməsi üçün seminar və müzakirələrin təşkili.
  4. Vətəndaşların hüquq aktivliyinin təşviqi: Vətəndaşların Konstitusiyanın verdiyi imkanlardan daha çox istifadə etmələrinin stimullaşdırılması.

Çingiz Ramazanlı sonda əlavə edib ki, bu addımlar hüquqi cəhətdən inkişaf etmiş bir cəmiyyətin formalaşmasına və vətəndaşların dövlətə olan inamının güclənməsinə xidmət edəcəkdir.
"‘Konstitusiya və Suverenlik ili’, Azərbaycanın qanunvericilik sahəsindəki nailiyyətlərini və demokratik prinsiplərə sadiqliyini bir daha göstərir. Bu təşəbbüs müstəqil Azərbaycanın gücünü və inkişafını simvolizə edir.”

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
38
17
qht.az

10Mənbələr