1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gənc badmintonçularımız İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə iki kateqoriya üzrə fərqləniblər.
Oxu.Az xəbər verir ki, Leyla Camalzadə - Həcər Nuriyeva tandemi 19 yaşadək qız badmintonçuların beynəlxalq turnirində qoşa yarışda qızıl medala layiq görülüb.
Mübarizəyə 1/8 finaldan başlayan badmintonçularımız bütün görüşlərini qalib başa vurublar.
Qeyd edək ki, Ülvi Hüseynov - Əmirxan İmanov cütü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.
![](https://images.oxu.az/2025/01/27/Hu20xo3FdlTgr6kZA2mrqRC8AOD1m2KL8MbCq0eO:450.jpg)
![](https://images.oxu.az/2025/01/27/dq9hKSufOF58nwsI1Gx7rTLAchC9u7IIP7fpasEO:450.jpg)
![](https://images.oxu.az/2025/01/27/C3PNYL4SJcvWKTdVg7ARysS3SsXJtVSdwZIoXK7w:450.jpg)