AZ

Azərbaycanın gənc badmintonçuları İranda qızıl medal qazanıblar

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycanın gənc badmintonçuları İranın Simnan şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.

Badminton Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda milli komandanın üzvləri 2 kateqoriya üzrə fərqləniblər.

Leyla Camalzadə-Həcər Nuriyeva tandemi 19 yaşadək badmintonçuların mübarizəsində qızıl medala layiq görülüb. Yarışa 1/8 finaldan başlayan idmançılar bütün görüşlərini qələbə ilə başa vurublar.

Ülvi Hüseynov-Əmirxan İmanov cütlüyü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.

Seçilən
32
azertag.az

1Mənbələr