Bakı, 27 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 2024-cü ildə paytaxtın müxtəlif küçə və prospektlərində, ümumilikdə, 389 işıqfor quraşdırılıb.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, onlardan 235-i avtomobil, 154-ü isə piyadalar üçün olan işıqfordur. Bununla yanaşı, 25 yolayrıcındakı işıqforlardan 10-da vaxt planı, 15-də isə iş rejimi dəyişdirilib. Nəticədə nəqliyyat sıxlığı azalıb, qəza şəraiti aradan qalxıb.