İranın qərbindəki Kirmanşah əyalətinin Qəsri Şirin şəhərində zəlzələ baş verib.
News24.az Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya istinadən xəbər verir ki, 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 05.32-də qeydə alınıb.
Zəlzələ yerin 8 kilometr dərinliyində baş verərkən, əyalət qubernatorluğundan verilən açıqlamada can və mal itkisinin olmadığı bildirilib.
Günel Məlikzadə