AZ

Azərbaycanlı fəal ETTELAAT- a ÇAĞIRILDI

Təbrizdə yaşayan güneyli fəal Vəhid Əbhəri ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) İdarəsinə çağırılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə GADTB məlumat yayıb.

Məlumata görə, ETTELAAT idarəsinin əməkdaşı yanvarın 25-də azərbaycanlı fəala zəng edərək onun qeyd olunan idarəyə getməsini tələb edib.

Çağırışın səbəbi barədə azərbaycanlı fəala açıqlama verilməyib.

Qeyd edək ki, 2024-cü il noyabrın 23-də həbs edilərək ETTELAAT Nazirliyinn yerli istintaq təcridxanasına aparılan Vəhid Əbhəri, noyabrn 28-də Təbriz həbsxanasına köçürülüb və dekabrın 3-də 200 milyon tümən (475 $) girov qarşılığında zaminə buraxılıb.

Xəbər 1 dəfə oxunub.
Seçilən
18
xezernews.az

1Mənbələr