AZ

Qalıq ehtiyatı dövrü olaraq faktiki qalıqla kitab qalığı müqayisə edilməklə yoxlanılmalıdır

Qalıq ehtiyatı dövrü olaraq faktiki qalıqla kitab qalığı müqayisə edilməklə yoxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”də əksini tapıb.

İnventarizasiya zamanı aşkar edilən bütün əhəmiyyətli kənaraçıxmalar bilmədən olan dəyişik salmalar və / və ya yanlış istifadələr baxımından tədqiq edilməlidir. İstehsal sahələrində istifadə edilən materialların və əczaçılıq məhsullarının qablaşdırmaları növbəti istifadəyə qədər xarab olmanın və / və ya çirklənmənin qarşısını almaq məqsədi ilə etibarlı şəkildə bağlanmalıdır. Yalnız açılmış və ya müəyyən qismi istifadə edilmiş material və əczaçılıq məhsulları bitdikdən sonra yeni qablaşdırmaların istifadəsinə yol verilir.

Seçilən
15
heftelik.az

1Mənbələr